"Hər şey artıq razılaşdırılıb"..?

İsrail kəşfiyyatçısı Putin və Lukaşenkonun Ukrayna ilə bağlı qərarını açıqladı
"Hər şey artıq razılaşdırılıb"..?

İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi Rusiyaya "hücum üçün baza" kimi mövcud olan Ukraynanın gələcək strukturunu “proqnozlaşdırıb”. Ekspert əmindir ki, dövlət dünyanın siyasi xəritəsində əvvəlki formada qalmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Nevskie novosti” yazır.

Hərbi iş” nəşrinə verdiyi açıqlamada Kedmi Rusiya Federasiyasının xüsusi əməliyyatından sonra “Maydan”ın reallığı keçmişdə qalacağını istisna etməyib. Onun sözlərinə görə, hazırkı Ukrayna lazımi vaxtda Rusiyaya hücum etmək üçün hərbi poliqonun olması üçün yaradılıb.

“...Strateji nöqteyi-nəzərdən bu gün Rusiya Ukraynada olan ən azı bir metr ərazini belə gələcək hücum üçün bazaya çevrilməsinin qarşısını almalıdır”.

Bunu Yakov Kedmi ruslara “məsləhət bilib”.

Siyasi ekspert Ukraynanın bir hissəsinin Rusiya Federasiyasının tərkibinə daxil olacağına əminliyini ifadə edib. Beləliklə, özünü həmişə rus mədəniyyəti ilə eyniləşdirən yerli əhali Rusiyaya qayıda biləcək, ukraynalılar da Belarus sakinləri kimi ittifaq dövləti tərkibində ola biləcəklər.

“Ukraynanın bir hissəsi, çox güman ki, Novorossiya olaraq Rusiyaya daxil olacaq. O, birbaşa Rusiya dövlətinin tərkibinə daxil olacaq. Ola bilsin ki, daha bir-iki sahə də daxil olsun. Məsələn, Çerniqov qədim rus şəhəridir və keçmiş Ukraynanın başqa bir hissəsində yeni Ukrayna dövləti yaradılacaq, lakin hadisələrin inkişafına və həm Lukaşenkonun, həm də Putinin bəyanatlarına əsasən, sazişin bütün bəndləri razılaşdırılıb. Bu, ittifaq dövləti daxilində yeni Ukrayna olacaq”.

Bunu da Kedmi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə