Böyük Britaniya politoloq Aleksandr Duqinin qızı Dariya Platonovaya, “Newsfront” media qrupunun direktorları Yevgeni Qlotov və Yuri Fedin, onun həmtəsisçisi və “Vneşekonombank”ın sədr müavini Mixail Sinelin, adları “Southfront” məlumat saytı və onun maliyyələşdirilməsi ilə əlaqələndirilən Alena Çuquleva və Aelita Mamakovaya sanksiya tətbiq edib
SİA TASS-a istinadən xəbər verir ki, sanksiya siyahısının yeddi yeni vəzifə əlavə edən yenilənmiş variantı Britaniya hökuməti tərəfindən dərc edilib.\
Sənədə əsasən, bu şəxslərin hamısı Ukraynadakı münaqişə ilə bağlı “dezinformasiyanın yayılması” ilə bağlıdır. London hesab edir ki, Türkiyədə qeydiyyatdan keçmiş “News World International” mərkəzi də “Ukraynada vəziyyəti sabitsizləşdirən və ya ölkənin ərazi bütövlüyü, suverenliyi və ya müstəqilliyinə xələl gətirən siyasət və hərəkətlərin təşviqində” iştirak edə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB