Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov Litvanın təşkil etdiyi blokadaya qarşı cavab tədbirləri hazırıayıb. Bildirilib ki, qubernator cavab tədbirləri layihəsini Prezident Administrasiyasına və Rusiya hökumətinə təqdim edib.
“Mən cavab layihəsi hazırladım və hökumətə və Prezident Administrasiyasına təqdim etdim”, - SİA-nın əldə etdiyi məlumata görə, Əlixanov bu barədə “Vedomosti”yə bildirib.
O bildirib ki, 2016-cı ildən rayonda “ərazinin ayrıca rejimdə işləməsi üçün ssenarilər” hazırlanır və hesablanır. Kalininqrad vilayətinin qubernatoru da aydınlaşdırıb ki, bunlar “fərqli xarakterli tədbirlərdir”.
Bununla belə, o vurğulayıb ki, bunlar “Litva üçün çox kritik” iqtisadi addımlardır. O, göndərilən təkliflərin mahiyyətini açıqlamayıb, “onların qəbuluna ehtiyac 100 faiz olarsa” müzakirə olunacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl Almaniya hökuməti Litvadan Rusiya mallarının Kalininqrada tranzitinə qoyulan qadağanı aradan qaldırmağı tələb edib.
Daha sonra Litvada Rusiya yüklərinin Rusiyanın bu eksklavına tranzitlə keçirilməsi məsələsində Avropa İttifaqının mövqeyi məğlubiyyət kimi qiymətləndirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB