Türkiyə raket sistemini sınaqdan çıxarıb

Türkiyə quruda mobil raket sistemindən atılan ATMACA idarə olunan raketi ilə Qara dənizdə müəyyənləşdirilmiş hədəfi vurub. SİA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

ATMACA idarə olunan raketi ilk dəfə qurudan idarə olunan raket sistemindən dənizdəki hədəfi məhv etmək üçün buraxılıb.

Türkiyənin gəmi əleyhinə ilk raketi olan ATMACA uzaq məsafədə hədəfi dəqiqliklə vurub.

“Roketsan” şirkətinin istehsalı olan ATMACA 200 km məsafədə hədəfi məhv etməyə qadirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə