Belqorodda bu gecə 3 nəfər ölüb

Bu gün bazar günü gecə Belqorodda fövqəladə hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Moskva vaxtı ilə saat 3:46-da Belqorodda bir sıra atəş səslərin eşidildiyini bildirir.

“...Mayakovski küçəsi, 23 ünvanında fərdi yaşayış binası yanır, bütün əməliyyat xidmətləri hadisə yerində işləyir. Üç qurban var. Onlar artıq xəstəxanaya çatdırılıb, bütün lazımi tibbi yardım göstərilir. Hadisənin səbəbləri araşdırılır”.

Bunları Telegram kanalında yazan qubernator, hava hücumundan müdafiə sisteminin işlədiyini də bildirib.

Beləliklə Qladkovun sözlərinə görə, Ukraynadan atılan atəş nəticəsində şəhərin Mayakovski, Miçurin, Çumiçov, Popov və Pavlov küçələri boyunca 11 yaşayış binasının qismən dağıdılması qeydə alınıb. “Həmçinin Mayakovski, Popov, Pavlov küçələri boyunca ən azı 39 fərdi yaşayış binası qismən, 5-i isə tamamilə dağıdılıb”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə