FTB "Kripto Kraliçası"nı təqib edir

Bitcoin-ə rəqib olacaq yeni kriptovalyuta hazırladığını söyləyərək 4 ildə 4 milyard dollar toplayan “Kripto Kraliçası” ləqəbli Ruja İqnatova FTB-nin “Ən çox axtarılan 10 adam” siyahısına daxil olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2017-ci ildə həbs qərarı çıxdıqdan sonra da pul yığmağa davam edən Ruja İqnatova 2014-2018-ci illər arasında Pakistandan Braziliyaya, Kanadadan Norveçə və hətta Fələstindən onlarla ölkədən minlərlə insanı aldadıb. İqnatovanın Kriptovalyutaların bütün dünyada sürətlə yayıldığı ilk illərdəki çaşqınlığı fürsətə çevirdiyi, eyni zamanda, əsasən piramida sxemi olan “OneCoin” adlı təşəbbüsünü böyütdüyü bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə