Litva Avropa İttifaqının Kalininqradla bağlı mövqeyindən qəzəblənib

Avropa İttifaqının Kalininqrada malların tranzitinə qadağa qoyulması ilə bağlı mövqeyini Litvada mənfi qarşılayıblar. Litva hakimiyyəti bunu “məğlubiyyət” adlandırıb.

SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” yazır.

Qeyd edək ki, daha əvvəl Almaniya hökuməti Litvanın Kalininqraddakı hərəkətlərindən qəzəblənir və yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırdığı bildirilirdi. Gözlənilir ki, Avropa İttifaqı tezliklə dördüncü sanksiyalar paketi ilə bağlı hüquqi izahat dərc edəcək və məhdudiyyətlərin Kalininqrada malların daşınmasına təsir etmədiyini qeyd edəcək.

“Der Spiegel” qeyd edir ki, Avropa Komissiyası bu qərarla Litvaya geri çəkilməyə və eyni zamanda “üzünü xilas etməyə” imkan verəcək. Lakin Vilnüs bu addımı “məğlubiyyət” kimi qəbul edir.

“Almanlar iyunun 18-dən Kalininqradın sanksiyalardan kənarda qalması üçün Avropa Komissiyasına təzyiq göstərirlər”, - deyə danışıqlardan xəbəri olan adı açıqlanmayan litvalı rəsmi bildirib.

Bundan əlavə, “Der Spiegel” artıq Litva üçün məyusedici proqnozlar olduğunu və bunum nəticələrini hiss edəcəyini bildirmişdi.

Nəşr qeyd edir ki, Moskva ilə münaqişənin dəmir yolu nəqliyyatı sahəsində Litva üçün nəticələri artıq özünü büruzə verir.

Qeyd edilir ki, bu il Litva Dəmir Yolları idarəsini 150 milyon avro zərər gözləyir və bununla bağlı işçilər arasında ixtisar planlaşdırılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə