Gürcüstanda deoliqarxizasiya haqqında qanun qəbul olunacaq

Gürcüstanda deoliqarxizasiya haqqında qanun qəbul olunacaq. SİA xəbər verir ki, bu barədə ölkənin hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması üçün Hüquqi məsələlər üzrə komitənin nəzdində işçi qrupu yaradılacaq.

İ.Kobaxidze deyib ki, qanun layihəsi oktyabrın 5-dən gec olmayaraq parlamentə təqdim ediləcək və noyabrın 29-dək qəbul olunacaq.

Qeyd edək ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün oliqarxlarla mübarizə və siyasi qütbləşmənin aradan qaldırılması daxil olmaqla 12 şərt yerinə yetirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə