Türkiyədə torpaq sürüşməsində ölən şəxs azərbaycanlıdır - VİDEO

Türkiyədə torpaq sürüşməsində ölən şəxs azərbaycanlıdır - VİDEO

Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Baş verən torpaq sürüşməsində həlak olan şəxs azərbaycanlıdır.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.

“Hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub. Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb. Allah rəhmət etsin”, - o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə