"Türkiyə ilə razılaşmanın yüz faiz arxasındayıq"

"Türkiyə ilə razılaşmanın yüz faiz arxasındayıq"

İsveçin Baş naziri Maqdalena Andersson Türkiyə ilə razılaşmanın yüz faiz arxasında olduqlarını bildirib.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, bu barədə "SVD" qəzetinə açıqlama verən Maqdalena Andersson deyib:

“Türkiyə ilə razılaşmanın (NATO Liderlər Zirvəsi çərçivəsində İsveç və Finlandiyanın Alyansa üzvlüyünün qəbulu üçün) yüz faiz arxasındayıq”.

Türkiyənin (İsveçdəki terrorçuların) daha əvvəl ekstradisiya tələbləri olduğunu qeyd edən Andersson "Təbii ki, müqavilədə nə varsa, yerinə yetiriləcək. Türkiyə daha əvvəl ekstradisiya tələbləri edib, biz də onlarla maraqlanmışıq. Bəzən deportasiya olunub, çox vaxt da olmayıb. Biz razılaşmanın yüz faiz arxasındayıq" ifadələrdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə