Şübhələrə iki gündür restoran kompleksində dayanan avtomobil səbəb olub.
SİA“Shamshyan.com” kriminal xəbər saytının məlumatına istinadən, İrəvan-Sevan magistralının Qeqarkunik rayonunda avtomobildə kişi meyiti tapıldığını bildirir.
Saytın məlumatına görə, iyunun 30-da axşam saatlarında Sevan polisinə ağ rəngli “Nissan” markalı avtomobilin iki gündür “Alga Pl” restoranının yaxınlığındakı səkidə dayanması barədə məlumat daxil olub və sonradan məlum olub ki, maşının salonunda kişi meyidi var.
Fövqəladə Hallar Nazirliyinin bir qrup əməliyyatçısı və əməkdaşları hadisə yerinə gəliblər. Xilasedicilər avtomobilin qapısını açıb və kişinin cəsədini oradan çıxarıblar. Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb. Tezliklə həmin şəxsin də şəxsiyyəti müəyyən edilib, onun Livan vətəndaşı, 51 yaşlı Şaq Q olduğu üzə çıxıb. Sevan polisi faktla bağlı tədqiqat aparır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB