Filippində güclü zəlzələ olub

Filippinin Luzon adasının sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Şimali İlokos əyalətində yerləşən Laoaq şəhəri olub.

102 min nəfərdən çox əhalinin yaşadığı sahildə episentr 60 km dərinlikdə yerləşirdi.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə