‘‘NATO Hind-Sakit Okean regionu ölkәlәri ilә əməkdaşlıq edәcәk’’

NATO-nun baş katibi Yens Stoltenberq alyansın Hind-Sakit Okean regionu ölkәlәri ilә əməkdaşlıq edəcәyini bildirib.

Yens Stoltenberq İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammiti çәrçivәsindә mətbuat konfransı keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, Yens Stoltenberq sammitin dünənki sessiyasında Hind-Sakit Okean regionundakı tәrәfdaşlarla görüşdüklərini, Çinin son illərdə nüvə silahı da daxil olmaqla hərbi gücünü artırdığını bildirib.

Yens Stoltenberq qeyd edib ki, NATO Hind-Sakit Okean regionu ölkәlәri ilә müdafiə, yeni texnologiyalar, təhlükəsizlik və iqlim dəyişikliyi sahələrində əməkdaşlıq edəcək.

Sammitdә Ukraynaya uzunmüddətli dəstək paketini təsdiqlədiklərini xatırladan Yens Stoltenberq Rusiyaya qarşı Bosniya və Herseqovina, Moldova və Gürcüstanı dəstəkləməyə davam edəcəklərini bildirib.

NATO-nun baş katib həmçinin NATO-nun cənub cinahından gələn təhdidlərə cavab verməyə davam edəcəklərini, Mavritaniya üçün tədbirlər paketini təsdiqlədiklərini və Şimali Afrikadan qeyri-qanuni miqrasiyaya cavab verəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...