ABŞ Cənubi Koreyadan təklifinə dəstək istəyib?

ABŞ Cənubi Koreyadan təklifinə dəstək istəyib?

ABŞ Cənubi Koreya hakimiyyətindən Rusiya Federasiyasına qarşı sanksiyalar çərçivəsində rus neftinin qiymətinin məhdudlaşdırılması təklifini dəstəkləməyi xahiş edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Yonhap” agentliyi xəbər verir.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, bu tələblə ABŞ maliyyə nazirinin müavini Brayan Nelson çıxış edib. Bundan əlavə, Rusiya neftinin tavan qiyməti məsələsi ABŞ-ın maliyyə naziri Canet Yellen-in iyul ayına planlaşdırılan Cənubi Koreyaya iki günlük səfəri zamanı “gündəliyin əsas maddələrindən birinə çevrilə bilər”, mənbələr bildiriblər.

Xatırladaq ki, daha əvvəl Almaniyada G7 ölkələrinin liderlərinin görüşündə Rusiya nefti və qazı üçün “qiymət tavanı”nın müəyyən edilməsi üzrə texniki işə başlamaq qərara alınmışdı. Bundan əlavə, liderlər Rusiyadan xam neft və neft məhsullarının beynəlxalq ictimaiyyət tərəfindən müəyyən edilmiş qiymətə satılana qədər daşınması üzrə xidmətlərə tam qadağa qoyulması məsələsini nəzərdən keçirmək qərarına gəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə