Çin Rusiyaya gizli yolla kömək edir?

Çin Rusiyaya gizli yolla kömək edir?

Bu arada ABŞ-ın Milli Kəşfiyyatının direktoru Avril Heyns Çinin Ukraynada keçirilən xüsusi əməliyyatda Rusiyaya gizli kömək etdiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Maraqlıdır ki, Kəşfiyyat direktoru ABŞ hakimiyyətinin Çinin Rusiyaya maddi dəstək göstərməsinin əlamətlərini görüb-görməməsi sualına cavab verib: “Bizim gördüyümüz odur ki, Çin pərdə arxasında Rusiyaya müxtəlif yollarla kömək edir. Bəzən daha açıq, bəzən isə açıq-aydın aşkar olur”.

Qeyd edək ki, iyunun 15-də Milli Təhlükəsizlik Şurasının Ağ Evdə strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynadakı vəziyyət kontekstində Çinin Rusiyaya hərbi yardım göstərməsinə dair heç bir əlamət görmədiyini bildirmişdi.

Amma bundan biz az əvvəl ABŞ administrasiyasının iqtisadi şurasının sözçüsü Sesiliya Rouz Çin və Hindistanın ABŞ-ın bildiyindən daha çox Rusiya nefti alması ehtimalının olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə