Bayden və Ərdoğan NATO sammiti çərçivəsində görüşəcək

ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Madriddə ikitərəfli görüş keçirəcək

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ağ Ev yayıb.

Baydenin çərşənbə günü Ağ Ev tərəfindən açıqlanan cədvəlinə NATO-nun birgə müdafiə və təhlükəsizlik məsələlərini, eləcə də “ikitərəfli münasibətlərdə bir sıra mühüm məsələləri” müzakirə etmək üçün Ərdoğanla görüşü daxildir.

Xatırladaq ki, bundan əvvəl Ankaranın Finlandiya və İsveçin NATO-ya üzv olmasına etirazını geri götürdüyü bildirilmişdi. Hər iki Skandinaviya ölkəsinin alyans sammitində alyansa qoşulmaq üçün dəvət alacağı gözlənilir.

Qeyd edək ki, Bayden ölkələr arasında əldə olunan razılaşmanı alqışladığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...