Zelenski Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasındakı səlahiyyətlərdən məhrum etməyə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski BMT-ni Rusiyanı terrorçu dövlət kimi tanımağa və onu BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə o, BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

“...Rusiyanın Ukraynadakı müstəmləkə xarakterli müharibə ilə bağlı məsələlərin müzakirəsində iştirak etmək və səsvermədə iştirak etmək hüququ yoxdur. Mən sizi terror dövlətinin BMT Baş Assambleyasından nümayəndə heyətini çıxarmağa çağırıram. Rusiyanın BMT Təhlükəsizlik Şurasında qalmaq hüququ yoxdur”, - deyə o bildirib.

Bundan əvvəl Zelenski Kremençukda yanan ticarət mərkəzinə BMT-nin xüsusi elçi, baş katib və ya komissiya göndərməyə çağırıb.

Yeri gəlmişkən Rusiya Müdafiə Nazirliyinin səhər brifinqində nazirliyin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov iyunun 27-də Poltava vilayətinin Kremençuq şəhərində Rusiya Aerokosmik Qüvvələri Birləşmiş Ştatlardan alınan silah və sursatlarla anqarlara hücum edildiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə