Rusiya 25 ABŞ vətəndaşına sanksiya tətbiq edib

Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Bildirib ki, Stanford Universitetinin professoru məşhur alimin Rusiyaya girişi qadağan olunub. SİA bu barədə rus saytlarına istinad edir.
Məlumata görə, F.Fukuyama Rusiyanın Ukraynaya qarşı müharibıəsinə qarşı çıxış edib. O, hərbi əməliyyatlardan əvvəl ABŞ Prezidenti Cozef Baydenə Ukrayna ətrafında gərginlik yaradan Rusiyaya qarşı sanksiya tətbiq olunmasını təklif etmişdi.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 28-də C.Baydenin xanımı və qızı da daxil olmaqla ABŞ-ın 25 vətəndaşına sanksiya tətbiq edib.

Qeyd edək ki, filosof, politoloq, siyasi iqtisadçı və yazıçı Yesixiro Frensis Fukuyama 1952-ci il oktyabrın 27-də ABŞ-ın Çikaqo şəhərində anadan olub.

F.Fukuyama 1992-ci ildə çap etdirdiyi, çox keçmədən dünyanın 20-dən artıq dilinə tərcümə edilərək beynəlxalq bestsellerə çevrilmiş “Tarixin sonu və sonuncu insan” əsəri ona dünya şöhrəti qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...