Ukrayna Prezidentinin Ofisi Selçuk Bayraktara təşəkkür edib

Ukrayna Prezidentinin Ofisi Selçuk Bayraktara təşəkkür edib

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Selçuk və Haluk Bayraktara təşəkkür edib.

SİA APA-ya istinadən xəbər verir ki, Andrey Yermak bu barədə "Twitter" "də bildirib.

"Hər bir ukraynalı üçün “Bayraktar” əyilməz Ukrayna xalqının qələbəsinin simvoluna çevriləcək bir əfsanədir.

3 ədəd Bayraktar TB2” PUA-nı Ukraynaya pulsuz təhvil vermək qərarına görə “BaykarTech”ə, Selçuk Bayraktara və Haluk Bayraktara minnətdarıq", - Yermak bildirib.

Öz növbəsində Ukrayna XİN də “BaykarTech”ə təşəkkür edib. Bu barədə məlumat Ukrayna XİN-in "Twitter" səhifəsində türk dilində yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə