Medvedev Baltikyanı qonşulara xəbərdarlıq edir

Medvedev Baltikyanı qonşulara xəbərdarlıq edir

...Rusiya Kalininqrad vilayətinə malların tranzitini qadağan etmək üçün cavab tədbirləri görəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ölkənin Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.

Şura rəhbəri müavininin sözlərinə görə, cavab çox sərt olacaq. Onların əhəmiyyətli bir hissəsi iqtisadi xarakter daşıyır və Baltikyanı qonşulara oksigeni kəsə bilər.

Qeyd edək ki, Medvedev bu fikirləri “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

Bundan əlavə, rusiyalı siyasətçi ölkəsinin asimmetrik tədbirlər tətbiq etməyə qadir olduğuna da gizlətməyib.

Medvedevin sözlərinə görə, bu, isə münaqişənin kritik eskalasiyasına səbəb olacaq.

Dmitri Medvedev onu da qeyd edib ki, baş verənlərdən həyat səviyyəsi ən yüksək olmayan, hətta Avropa standartlarına görə dilənçiliklə qarşılanan Litvanın adi vətəndaşları olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə