Türkiyədən Ekvadora səyahət xəbərdarlığı

Türkiyədən Ekvadora səyahət xəbərdarlığı

Türkiyə Ekvadorda yaşayan və ya bu ölkəyə səfər edəcək Türkiyə vətəndaşlarına kütləvi nümayişlərin keçirildiyi məhəllələrdən uzaq durmağı tövsiyə edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Ekvador üçün səyahət xəbərdarlığı edilib.

Açıqlamada Ekvador hökumətinin ölkədə baş verən son sosial hadisələrlə əlaqədar iyunun 18-də Piçinça, Kotopaksi və İmbabura ştatlarında 30 günlük fövqəladə vəziyyət elan etdiyi vurğulanıb:

"Bu kontekstdə, hələ də Ekvadorda yaşayan və/və ya bu ölkəyə səfər edəcək vətəndaşlarımızın Nazirliyimiz və Kito Səfirliyimiz tərəfindən edilə biləcək əlavə xəbərdarlıq və elanlara əməl etmələri vacibdir. Ayrıca kütləvi nümayişlərin keçirildiyi yerlərdən uzaqlaşmaq, şəxsi təhlükəsizlikləri üçün lazımi ehtiyat tədbirləri görmək və sayıq olmaq böyük əhəmiyyət daşıyır”.

Açıqlamada o da bildirilir ki, Türkiyə vətəndaşları Konsulluq Zəng Mərkəzi ilə +90 312 292 29 29, Türkiyənin Kito Səfirliyi ilə +593 2 333 1742 (kommutator) və + 593 98 612 1734 (təcili) nömrəli telefonlar və “[email protected]. tr" elektron poçt ünvanı vasitəsilə birbaşa əlaqə saxlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə