Silahlı şəxslər 5 aylıq körpəni öldürdü

ABŞ-ın Çikaqo şəhərində silahlı şəxslər 5 aylıq körpəni avtomobildə öldürüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Çikaqo şəhərinin “South Shore” bölgəsində naməlum şəxslər tərəfindən silahlı hücum təşkil edilib.

Nəqliyyat vasitəsi ilə ətrafda gəzən və təsadüfi atəş açan təcavüzkarlar başqa bir avtomobildəki 5 aylıq körpəni vurublar.

Çox sayda ilkin tibbi yardım və polis qrupları hadisə yerinə gəldikdən sonra səlahiyyətlilər körpənin Sesilia Tomas adlı 5 aylıq qız olduğunu və hücumda həyatını itirdiyini açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə