İkinci partiya yayın ortalarında olacaq

Beləliklə, HIMARS buraxılış qurğularının növbəti partiyası iyulun ortalarında Ukraynaya gətiriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə BBC Pentaqonun sözçüsünün brifinqdə səsləndirdiyi fikirlərə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün dörd HIMARS həm istismar, həm də texniki xidmət və dəstək baxımından təlim keçmiş ekipaj tərəfindən Ukrayna ərazisində xidmət göstərir.

Pentaqon sözçüsü Birləşmiş Ştatların daha dörd buraxılış qurğusunun ikinci partiyasının təhvil verilməsi barədə artıq razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, amma hələlik konkret tarix müəyyən edilməyib, Ehtimal ki, bu yayın ortalarında olacaq.

Xatırladaq ki, iyunun 23-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukrayna Silahlı Qüvvələrinin yüksək mobil MLRS M142 HIMARS buraxılış qurğularını aldığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...