Donets çayının bütün sol sahili Rusiyanın tam nəzarətinə keçdi

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki...

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın Luqansk vilayətinin Severodonetsk şəhərini nəzarətə götürdüklərini bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

İ.Konaşenkov açıqlamasında bildirib: “Luqansk Xalq Respublikası qoşunlarının və Rusiya hərbi birləşmələrinin əməliyyatları nəticəsində Severodonetsk və Borovskoye şəhərləri, həmçinin Luqansk vilayətinin Voronovo və Sirotino qəsəbələri nəzarətə götürülüb. Beləliklə, Ukrayna qüvvələrinin Azot zavodunu müqavimət mərkəzinə çevirmək cəhdinin qarşısı alınıb”.

Qeyd edək ki, Severodonetsk və Borovskoye şəhərinin azad edilməsi ilə qondarma Luqansk Xalq Respublikasının sərhədləri daxilində Donets çayının bütün sol sahili Rusiyanın tam nəzarətinə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə