Prezident Cozef Bayden G7 sammitində iştirak etmək üçün iyunun 25-də Almaniyanın cənubundakı Elmau qalasına gedəcək.

Prezident və G7 liderləri bir sıra ən aktual qlobal problemləri, o cümlədən demokratik, suveren və firavan Ukraynaya güclü dəstək, demokratiyaların iqtisadi dayanıqlığı və iqlim böhranı ilə mübarizə, inkişafa təkan verən infrastrukturun qurulması, qlobal sağlamlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, bunları Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bəyan etmişdi.

Bu arada ABŞ Prezidenti Cozef Baydenin G7 zirvə görüşündə iştirak etmək üçün Almaniyanın Münhen şəhərinə gəldiyi məlun olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə