“Yalana qulaq asan olmasa,yalan danışan da olmaz”?

Amma bunlarda asırlar...

...Bunun da elə yalandan “dırıldatmağı” var. Ramzan Kadırovu deyirəm ey, hə, indi də “özünü şirin salmaq üçün” ehtimallarla danışır...

Məsələn, o ehtimal edir ki, “LPR”-dəki yaşayış məntəqələrinin bir hissəsinin təmizlənməsi Ukrayna qoşunlarının sarsıdıcı məğlubiyyətindən, rusların isə qələbəsindən xəbər verir.

Ramzan deyir ki, çeçen xüsusi təyinatlılarının əsgərləri artıq bir sıra yaşayış məntəqələrini təmizləməyi başa çatdırıblar. Çeçenlərin təmizlədikləri hər bir məntəqə guya böyük strateji əhəmiyyət kəsb edir və ona görə də bu məntəqələrin itirilməsini Luqansk istiqamətində Ukrayna qoşunlarının sarsıdıcı məğlubiyyəti kimi qiymətləndirmək olar. Yenə də ehtimal?

Ehtimal da olsa, bunu Kadırov artıq öz Telegram səhifəsində yazıb. Onun sözlərinə görə, indi çeçen dötüşçüləri Lisiçanska yönəliblər. Bundan əvvəl Kadırov LPR-dəki Severodonetsk hava limanı və sənaye zonasının tam azad edildiyini bildirmişdi.

Yeri gəlmişkən deyim ki, bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov... yalan olub. Çünki, müharibə ilə bağlı bütün “sveji” xəbərlər Konaşenkovdan əvvəl Kadırovada olur. Doğrudur, sonradan bu xəbərlərin əksəriyyətinin Ramzan tərəfindən üyüdülmüş yalan olduğu məlum olsa da, amma, nə olsun... təkzib vermək Ramzanlıq deyil.

...Yadınızda olar, o vaxt Kiyev vilayətinin Qostomel şəhərində döyüşdüyünü iddia edən Ramzanın sonradan Qroznıdan kənara çıxmadığı məlum olmuşdu. Axırı nə oldu? Üç badam, bir qoz...

Yadımdaykən, onu da deyim...o vaxt, elə də uzaq olmayan 2018-ci ilin martında Kemerovodakı "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı ilə bağlı yalan xəbərlər dolaşırdı. Həmən ərəfədə “sinəsini irəli verən” Kadırov xalqı aldadanlara, yəni Kemerovoda baş verən faciə nəticəsində həlak olanların sayı barədə yalan danışmağa görə sərt cəza tələb etmişdi.

Deyim ki, həmən ərəfədə elə mən də bəziləri kimi, onun yalançı olduğundan şübhələnmişdim, amma...

...görünür doğru deyiblər, yalana qulaq asan olmasa,yalan danışan da olmaz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...