‘‘Rusiya qüvvәlәri Ukraynaya mәxsus iki ‘‘Su-25’’ qırıcısını vurdu’’

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Xarkov və Mikolayev vilayətlərində iki Su-25 qırıcısının vurulduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Rusiya hərbi bölmәlәrinin 5 günlük hücumu nəticəsində Luqansk vilayətinin Ray-Aleksandrovka, Ustinovka, Novoivanovka, Nikolayevka, Nrkovo, Vrubovka, Şerbkaryer, Mirnaya Dolina, Podlesnoye, Loskutovka qəsəbələrinin әlә keçirildiyini qeyd edən İqor Konaşenkov Ukrayna hәrbçilәrinin Qorskoye vә Zolotoye yaşayış mәntәgәsindә mühasirәyә alındığını deyib.

İqor Konaşenkov Ukrayna ordusunun digər bölgələrdə də ciddi itkilər verdiyinə diqqət çəkib.

Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynanın Xarkov və Mikolayev vilayətlərində iki Su-25 qırıcısını vurduğunu bildirәn İqor Konaşenkov Luqansk və Xarkov bölgələrində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatının vurulduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...