Tbilisidə tanınmış biznesmen qətlə yetirilib

İyunun 24-də axşam saatlarında Gürcüstan paytaxtı Tbilisinin Baqebi rayonu ərazisində qətl hadisəsi törədilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tanınmış iş adamı, “Silk Road Group” maliyyə şirkətinin həmtəsisçisi, MULTIPLEX şirkətinin yaradıcısı Levan Kaçarava odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Məlumata görə, 53 yaşlı biznesmenin olduğu avtomobilə 20-yə yaxın güllə atılıb.

Faktla bağlı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri üzrə istintaq başlanılıb.

Qeyd edək ki, Levan Kaçarava əsasən energetika və logistika fəaliyyəti ilə məşğul olub. Onun bir çox ölkədə şirkətlərinin olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...