Rusiya təyyarəsində 4 əsgər ölüb

Rusiya təyyarəsində 4 əsgər ölüb

Rusiyanın Ryazan şəhərində "İlyuşin İl-76" tipli hərbi-nəqliyyat təyyarəsinin sərt enişi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qərbi Ryazan şəhərində içərisində 9 nəfərin olduğu "İlyuşin İl-76" tipli hərbi-nəqliyyat təyyarəsi sərt eniş edib.

Əraziyə təcili yardım qrupları göndərilib. Rusiya mətbuatının bölgə rəhbərliyinə verdiyi məlumata görə, enişdən sonra alovlanan təyyarədə olan 4 nəfər həyatını itirib. Xəsarət alan 5 nəfərin xəstəxanaya çatdırıldığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə