"Rusiya Ukraynadan taxıl oğurlamayıb"

"Rusiya Ukraynadan taxıl oğurlamayıb"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Ukraynadan taxıl oğurlamadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Peskov gündəmdəki mövzularla bağlı jurnalistlərə verdiyi açıqlamada Ukrayna ilə sülhün mümkün olduğunu bildirərək deyib:

"Bu, yalnız Rusiyanın bütün tələblərinin Ukrayna tərəfindən yerinə yetirilməsindən sonra mümkündür. Bu şərtlər Ukraynaya yaxşı məlumdur".

Rəsmi Kiyevin Rusiyanın Ukrayna taxılını oğurlaması ilə bağlı iddiasına cavab olaraq Dmitri Peskov deyib ki, Rusiya heç bir taxıl oğurlamayıb.
Qeyd edək ki, Rusiya əsgərləri fevralın 24-də Ukraynaya hücum başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə