“Akıncı” pilotsuz uçuş aparatından yeni rekord

“Akıncı” pilotsuz uçuş aparatı türk pilotsuz təyyarələri arasında yeni rekorda imza atıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq videonu “Baykar” şirkəti öz “Twitter” hesabında yayıb.

Qeyd olunur ki, dron 20 saat 23 dəqiqə uçaraq 13,7 kilometr hündürlüyə qalxa bilib. “Akıncı”nın əvvəlki rekordu 11,6 kilometr 25 saat 46 dəqiqə idi.

Qeyd edək ki, “Akıncı” bu göstəricini 2021-ci ilin iyul ayında göstərmişdi.

Bu arada rus saytları qısqanclıqla da olsa, Ankaranın öz pilotsuz təyyarələrini Ukraynaya tədarük etdiyini və burada onlardan Qara dəniz də daxil olmaqla kəşfiyyat və patrul məqsədilə istifadə edildiyi barədə materiallar yer almaqdadır.

Yeri gəlmişkən, bu günlərdə Türkiyə prezident administrasiyasının müdafiə sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir hazırda ölkə hakimiyyətinin Ukrayna silah tədarükünə çox ehtiyatla yanaşdığını bildirmişdi. O, bu vəziyyəti Türkiyənin Rusiya və Ukraynanı danışıqlar masasına oturtmaq istəyi ilə izah edib. Eyni zamanda o, Bayraktar dronlarının gələcək tədarükləri ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Maraqlıdır ki, Ukrayna rəsmiləri də bu məqamı şərh etmək istəməyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə