“...Ukrayna sülh müqabilində öz ərazilərindən imtina etməməli və ərazilərini 24 fevrala qədər sərhədlər daxilində bərpa edilməlidir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri Boris Conson bir sıra Avropa qəzetlərinə, o cümlədən İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində belə bir bəyanatla çıxış edib.
Conson ukraynalılara strateji müqavimət göstərməyə kömək edəcəklərini etiraf etsə də, amma haqlı olaraq “...biz onlardan daha çox ukraynalı ola bilmərik. Bu, onların böhranıdır və necə davranacaqlarına özləri də qərar verəcəklər. əminəm ki, onlar sülh müqabilində ərazilərdən əl çəkməyəcəklər, bundan başqa hər hansı bir pis razılaşma ilə razılaşmayacaqlar. Onlar Ukrayna ərazisini ən azı fevralın 24-nə qədər mövcud olan sərhədlərə qədər bərpa edəcəklər”.
Bunu Boris Conson bildirib.
“...Biz Putin uduzmalıdır deyəndə, biz Moskvadakı hadisələri və ya Rusiyanın daxili siyasətini nəzərdə tutmuruq, bu, bizim məqsədimiz deyil. Uğursuzluq dedikdə, fevralın 24-dən əvvəlki status-kvona qayıdışı nəzərdə tuturuq”.
Qeyd edək ki, bunu da Böyük Britaniyanın baş naziri bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB