“Tikkurila” da Rusiyadan getdi...

Min nəfərdən artıq rusiyalı işsiz qaldı...
“Tikkurila” da Rusiyadan getdi...

Finlandiyanın boya və lak istehsalçısı olan “Tikkurila” Rusiyadakı biznesini bağlamaq qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şirkətin press-relizində deyilir.

Bildirilir ki, son vaxtlar “Tikkurila” Rusiya bazarında öz işini artıq məhdudlaşdırıb. Belə ki, şirkət Rusiya neft-qaz sənayesindəki şirkətlərə, dövlət müəssisələrinə, sanksiya tətbiq edilmiş hüquqi şəxslərə və aerokosmik müəssisələrə məhsul satışını dayandırıb.

“İşçilərə maaş vermək üçün kifayət qədər yerli valyuta yaratmaq üçün yalnız minimum satış həcmini istehsal etməyə davam etdik. Bu minimum səviyyədə belə dayanıqlı işləyə bilmədiyimiz üçün Rusiyanı tərk etmək qərarına gəldik. Seçimlər ya biznesi satmaq, ya da başqa idarə olunan çıxış etməkdir”. Qeyd edək ki, bunu şirkətdən bildiriblər.

“Tikkurila” həmçinin onu da bildirib ki, 2022-ci ildə şirkətin Rusiya Federasiyasındakı fəaliyyəti gəlir gətirərsə, onu humanitar fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarına verəcəklər.

Qeyd edək ki, “Tikkurila” 2021-ci ildə 561,5 milyon avro dövriyyə ilə dekorativ boyalar bazarının lideridir. Rusiya Federasiyasında 2021-ci ildə şirkətin bu seqmentdə payı 18,5 faiz təşkil edib. İstehsal olunan bütün boyaların 77 faizi su əsaslı boyalardır.

Onu da bildirək ki, “Tikkurila” 11 ölkədə fəaliyyət göstərir və məhsulları 40-dan çox ölkədə satılır. Rusiyada şirkət üç istehsal sahəsi, üç təlim mərkəzi, 10 anbar və logistika mərkəzi ilə təmsil olunurdu.

...Və sonda, 2021-ci ilin sonuna olan məlumata görə, şirkətdə işləyən 2,7 min nəfərdən artıq işçinin təxminən min nəfərini ruslar təşkil edirdi...indi artıq demək olar ki, onlar işsizdirlər..

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə