ABŞ hər il 480 min insanın ölümünə səbəb olan siqaret aludəçiliyi üçün qeyri-adi təcrübəyə keçməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Qida və Dərman Administrasiyasının (FDA) yeni planını hazırlayır. Plana görə, ABŞ-da satılan bütün siqaretlərdə nikotinin miqdarı azalacaq.
ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) ölkənin əsas qarşısı alına bilən ölüm səbəbi olan siqaretlə bağlı radikal qərar qəbul etmək prosesindədir. ABŞ daxilində satılan bütün siqaretlərdəki nikotinin miqdarı əhəmiyyətli dərəcədə azalacaq və siqaretdəki ölümcül məhsulların minimum və ya asılılıq yaratmaması üçün tənzimlənməsi tələb olunacaq.
Qeyd edək ki, 2023-cü ilin may ayına qədər tütün məmulatlarına daxil edilə bilən nikotinin miqdarı üçün üst limit təyin ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB