İtaliya Senatı Ukrayna böhranı ilə bağlı qətnamə qəbul edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
Nazirlər Şurasına Rusiya hakimiyyətindən Ukraynada “döyüş əməliyyatlarının dərhal dayandırılmasını” və bütün hərbi hissələrin ölkə ərazisindən çıxarılmasını tələb etmək, gərginliyin azaldılması prosesində iştirak etmək və münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylər göstərmək tapşırılıb. .
Ukraynaya silah tədarükü məsələsi qətnamənin mətnində yeni hərbi təchizatların təsdiqinə “parlamentin geniş şəkildə cəlb edilməsi haqqında redaksiyası”nda öz əksini tapıb. Qətnamənin müsbət nəticəsi ilə bağlı mesajlar ölkənin baş naziri Mario Draqinin Senatdakı çıxışından sonra yayılıb. Sənəd lehinə 219, əleyhinə 20, bitərəf 22 səslə təsdiq edilib.
Qeyd edək ki, bir müddət b undan əvvəl İtaliya Senatı və Müdafiə Nazirliyi onlara kiberhücum edildiyini, buna görə məsuliyyəti Rusiyanın “Killnet” haker qrupu öz üzərinə götürdüyü barədə məlumat vermişdi. KİV-in məlumatına görə, hakerlərin hücumu nəticəsində departamentlərin saytları əlçatmaz olub. Eyni zamanda, Killnet hakerləri İtaliyanın dövlət qurumlarının internet saytlarının sındırılmasında iştirak etmədiklərini, lakin qrupun ayrı-ayrı hissələrinin fəaliyyətinə görə məsuliyyət daşımadıqlarını yazıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB