...Dünən də dediyimiz kimi, Almaniya hökumətinin ölkənin bundan sonrakı enerji sahəsində rus qazını kömürlə əvəzləməsi ilə bağlı çağırışlar birmənalı qarşılanmayıb.
Məsələn, SİA-nın da əldə etdiyi məlumata görə, Almaniyada nəşr olunan “Deutsche Wirtschafts Nachrichten” qəzeti ölkənin iqtisadiyyat naziri Robert Habekin yenidən kömür enerjisinə qayıtmaq qərarını son dərəcə məsuliyyətsiz bir qərar kimi xarakterizə edib.
Nəşr yazır ki, Habek təbii qazdan və dinc atomdan imtinada israr etməkdə davam edir, alternativ enerji mənbələrinin inkişafını müdafiə edir, lakin o öz arqumentlərini rəqəmlərlə dəstəkləyə bilmir. Yazı müəllifi xəbərdarlıq edir ki, bu “sıfırlama” guya Almaniyanı iqtisadi çöküşə, Avropanı isə sabitliyin pozulmasına gətirib çıxara bilər.
Nəşr daha sonra yazır ki, Habekin guya artıq əhalinin böyük bir hissəsinin tələb etdiyi dinc atomdan istifadə etmək istəməməsinin səbəbi də aydın deyil. Məqalə müəllifi izah edir ki, nüvə enerjisindən istifadə praktiki olaraq heç bir emissiya yaratmır, lakin Habek kömürə qayıtmaq üçün ödənilməli olan qiymət barədə susmağa üstünlük verir.
Maraqlıdır ki, nəşr israrla nazirin başladığı “enerji sıfırlaması”nın Almaniyaya çox baha başa gələcəyinə və istehsal olunan elektrikin kifayət etməyəcəyini bildirir.
“...Alternativ enerji mənbələrinə keçidin yaşıl layihəsi obyektiv olaraq iflasa uğradı. Almaniyanın indi ehtiyac duyduğu “enerji sıfırlaması” deyil, Almaniya və Avropa sənayesini xilas etmək və gənc nəslin gələcəyini təmin etmək üçün “yaşıl sıfırlama”dır”.
Maraqlıdır ki, bunları bildirən nəşr, qəzbini açıq şəkildə büruzə verərək Yaşılları Almaniya ictimaiyyətini həyasızcasına aldatmaqda ittiham edir. Nəşr yazır ki, guya Yaşılların fikrincə, Rusiyadan gələn qalıq ehtiyatları külək və günəş enerjisi ilə əvəz etmək olar. Amma reallıqda pis hava şəraitində ölkənin enerji istehlakının bir faizini belə təmin edə bilmirlər. Eyni zamanda, onlar alternativ enerji mənbələrinin ucuz olduğunu iddia edirlər, lakin ehtiyat elektrik stansiyaları şəbəkəsinin yaradılması xərclərini, həmçinin emissiya kvotası xərclərini nəzərə almırlar. “...biz bütün bunları ümumiləşdirsək, “çox bahalı bir sistem” alırıq”.
Qeyd edim ki, bunu da nəşrdə yer alan yazı müəllifi bildirir.
Yeri gəlmişkən, nəşrin “ittiham etdiyi” Almaniyanın siyasi partiyalarından biri olan və Bundestaqda 63 yerə sahib "Yaşıllar"ın bu günkü hədəfi Almaniya və Avropada daha dərin kök salmaqdır.
Bir də yazı müəllifi unutmamalıdır ki, artıq Kreml “hesab-kitabda səlist olan” almanlara belə bundan sonra daha “güvənməyəcək”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB