SİA-nın əldə etdiyi məlumata görə, Çinin sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku adalarının ətrafında Yaponiya ərazi sularına daxil olub.
Okinavanın Naha rayonunda yerləşən 11-ci Dairə Sahil Mühafizəsi Qərargahından yayılan məlumata görə, Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularına daxil olub. Bildirilir ki, Gəmilər Uotsuri adasından 20 kilometr cənub-qərbə yaxınlaşaraq, Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli ərazidə Yapon balıqçı gəmilərinə yaxınlaşıb.
Qeyd olunub ki, Çinə məxsus gəmilər, Yaponiya Sahil Mühafizəsi gəmilərinin xəbərdarlıqları nəticəsində bölgədən çıxıblar.
Məlumata görə Çin gəmiləri 2022-ci ilin ilk ayından bu günə dək 11-ci dəfə Yaponiya ərazi sularını pozublar.
Qeyd edək ki, Şərqi Çin dənizində Yaponiyanın “Senkaku” və Çinin “Diaoyu” adlandırdığı arxipelaq 5 ada və 3 qayalıq ərazidən ibarətdir. Heç kəsin yaşamadığı arxipelaq iki ölkə arasında uzun müddətdir davam edən suverenlik mübahisələrinə səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB