Rusiyanın ən zəngin deputatlarından biri həbs edilib

Rusiyanın ən zəngin deputatlarından biri həbs edilib

Vladivostok şəhərinin Frunzenski rayon məhkəməsi Saxalin Vilayət Dumasının deputatını diri xərçəng qaçaqmalçılığında iştirakda və gömrük rüsumlarından yayınmaqda ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti”yə Uzaq Şərq Federal Dairəsinin nümayəndəsi bildirib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin qeyd etdiyi kimi, söhbət Dmitri Paşovdan gedir. Bundan əlavə, Rusiyanın ən varlı deputatlarından biri bir milyon rubl məbləğində cərimə olunub. Veriln məlumata görə, o, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

İş materiallarından məlum olur ki, deputat mütəşəkkil dəstənin tərkibində Rusiyadan Yaponiya, Koreya Respublikası və Çinə ümumi çəkisi 3391 ton, bazar dəyəri 2,6 milyard rubl olan diri xərçəng balığı ixrac edib. Ödənilməmiş gömrük rüsumları isə 9,2 milyon rubl olaraq qiymətləndirilib.

Qeyd edək k, Paşov 2021-ci ilin fevralında ezamiyyətlə Xabarovska uçarkən saxlanılıb. İlk olaraq, bu işlərlə əlaqəsi olmadığını, şirkətin dostlarına aid olduğunu deyən Paşovun əməlləri sonrakı tədqiqatlar zamanı üzə çıxıbş

Yeri gəlmişkən, 2020-ci ilin sentyabrında “Forbes” Paşovu Rusiyanın ən zəngin deputatı kimi təqdim etmişdi.

Onun ailəsinin 2019-cu ildəki gəliri 6,2 milyard rubl olaraq qiymətləndirilib. 2021-ci ildə Paşov “Forbes” jurnalına görə Rusiyanın ən zəngin dövlət qulluqçu və deputatları reytinqində üçüncü yeri tutub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə