"Bu yük bizim kimi böhranlı bölgələrə qonşu olan ölkələrə düşür”

İstanbulda keçirilən Qlobal Parlamentlərarası Miqrasiya Konfransına göndərdiyi video-müraciətindən Ərdoğan deyib
"Bu yük bizim kimi böhranlı bölgələrə qonşu olan ölkələrə düşür”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Miqrasiya və qaçqınlar məsələsində əsl yük yüksək səsi olan inkişaf etmiş cəmiyyətlər deyil, bizim kimi böhranlı bölgələrə qonşu olan ölkələrə düşür” deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İstanbulda keçirilən Qlobal Parlamentlərarası Miqrasiya Konfransına göndərdiyi video-müraciətindən Ərdoğan deyib: “Dünya üzrə köçkün sayı 275, yerlərindən-yurdlarından edilən qaçqın sayı isə 30 milyona yaxındır. Rusiya-Ukrayna münaqişələri ilə qaçqınların sayına 5 min nəfər də əlavə olundu. Təqib, zülm və aclıqdan xilas olmaq, təhlükəsiz gələcək qurmaq ümidi ilə başlayan səfərlər fəlakətlə də bitə bilir. Aralıq dənizində 30 minə yaxın immiqrantın həyatını itirib. Avropaya sığınan uşaq mühacirlərin taleyi naməlum qalır.

Biz demək olar ki, hər gün Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən təqib edilən, qarət edilən, döyülən və hətta öldürülən qaçqınların acınacaqlı vəziyyətinə şahid oluruq.

Miqrasiya və qaçqınlar məsələsində əsl yük yüksək səslə çıxış edən inkişaf etmiş cəmiyyətlərin deyil, bizim kimi böhranlı bölgələrlə qonşu olan dövlətlərin üzərinə düşür. Qəbul etdikləri bir neçə yüz qaçqını reklam materialı kimi istifadə edənlər dərinləşən humanitar böhran qarşısında heç bir məsuliyyət daşımır.

Türkiyə son 7 ildə ən çox qaçqına ev sahibliyi edən dövlətdir. Biz bu məsuliyyəti yerinə yetirməyə davam edirik. Amma İkinci Dünya Müharibəsindən bəri ən böyük insan hərəkətliliyinin yaşandığı bir vaxtda heç kim məsuliyyətdən qaça bilməz. Beynəlxalq ictimaiyyət miqrasiya məsələsini həll üçün cəsarət etmədikcə bu problem belə də qalır”.

Bütün xəbərlər Facebook səhifəmizdə