...Təbii ki, bu elə də bir yenilik deyil...
Beləliklə, Amerikada yaşayan polşalı professor Qjeqoj Qurski ABŞ-ın maliyyə dəstəyi olmadan Ukraynanın özünü müdafiə edə bilməyəcəyini və ona görə də münaqişə müddətinin birbaşa Vaşinqtonun xarici siyasət niyyətindən asılı olacağını bildirib.
Belə ki, vətənindəki Qdansk radiosuna danışan professor münaqişə ilə bağlı yaxın aylarda hər hansı bir köklü dəyişikliklərə ümid bəsləməməyi də bildirib. Çünki “...Rusiyanın Ukrayna münaqişəsində iştirakı avtomatik olaraq onun digər sahələrdəki ambisiyalarını da cilovlayır”.
“...Bu gün biz Rusiya tərəfinin bu müharibənin nəticəsini öz tərəfinə çəkməsinə səbəb ola biləcək hər hansı həlledici bir amil görmürük. Məsələ bundadır ki, hazırda zaman Rusiyanın xeyrinə deyil, sistematik şəkildə silahla təmin olunan Ukraynanın xeyrinə işləyir”.
Bunu polşalı professor deyir.
Qeyd edək ki, professor hazırda ABŞ bu müharibənin tez bitməsində elə də maraqlı olmadığını bildirir. Qurskiyə görə, ...çünki müharibənin uzanması rusları çaşdırır, onları böyük itkilərlə üzləşdirir və buna görə də Rusiya başqa istiqamətdə aqressiv hərəkətlər edə bilmir.
Professorun fikrincə, bu həm də Rusiya-Çin oxunun aqressivliyini zəiflədir. Ona görə də Amerika Ukraynanı maliyyələşdirmək istədikləri müddətcə müharibə davam edəcək. Və əgər kənardan dəstək olmasa, Ukrayna özünü müdafiə etməyə davam edə bilməyəcək.
Polşalı professor, həmçinin bu günkü xammal bazarında mövcud vəziyyətin daha çox Qərb ölkələrinin fəaliyyətinin nəticəsi olduğunu da vurğulayır.
Onun fikrincə, Almaniya artıq kömür əsaslı enerjidən istifadəyə qayıtmağın vacibliyini başa düşür. Qurskiyə görə, yaxında bu tip düşüncə prosesləri digər dövlət başçılarının da başına gələcək. “...Avropanın özü “Fit for 55” layihəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Timmermansın təbliğ etdiyi cəfəngiyyatla bu vəziyyətə düşüb. Xammal bazarında böhranla üzləşməyimizin əsas səbəbi də məhz bundan irəli gəlir”.
Bu da professorun ehtimalıdır.
Maraqlıdır ki, polşalı professor NATO-nun alyans sıralarında qərarların qəbulu ilə bağlı problemi ifşa edən son hərəkətlərini də diqqətdən kənarda qoymayıb. O, Rusiyanın bu çətinliklərdən istifadə etmək qərarına gələ biləcəyini də istisna etmir.
Belə ki, Qurskiyə görə, bu şərtlər altında Moskvanın Baltik regionunda hərəkətə keçə bilməsi istisna edilmir. Moldovaya qarşı ciddi əməliyyat keçirməsi ehtimalı istisna edilsə də, lakin Dnestryanıda sabitliyin pozulması və iğtişaşlar törədə bilər.
Yeri gəlmişkən, Qurski polşalıları da xəbərdar edib ki, onlar federal Avropa yaratmaq və Varşavanın rolunu minimuma endirmək istəyən Qərb ölkələrindən təzyiq gözləməlidirlər. Qurski belə bir halın Berlin, Paris və Brüssel tərəfindən polyakları daimi təzyiq obyektinə çevrəcəyinə şübhə etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB