Yunanıstan nazirinə Türkiyədən cavab gecikmədi

Qeyri-qanuni mühacirlər vasitəsilə Türkiyəni qaralamağa çalışan yunanıstanlı nazirə Türkiyə Sahil Mühafizəsi Komandanlığı Baş Qərargahının baş çavuşu Həsən Baş cavab verərək bildirib...
Yunanıstan nazirinə Türkiyədən cavab gecikmədi

Yunanıstanın miqrasiya naziri Notis Mitaraçinin sosial mediada Türkiyənin daxili işlər naziri Süleyman Soylunu işarələyərək Şərqi Aralıq dənizi və Egeydə Türkiyəni hədəfə aldığı yazısına cavab vermək gecikmədi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qeyri-qanuni mühacirlər vasitəsilə Türkiyəni qaralamağa çalışan yunanıstanlı nazirə Türkiyə Sahil Mühafizəsi Komandanlığı Baş Qərargahının baş çavuşu Həsən Baş cavab verərək bildirib: “Yunanıstanın ölümə atdığı qeyri-qanuni miqrantları bütün dünya görür. Nizamsız miqrantların hekayələri bütün dünyanı bəşəriyyət adına yenidən düşünməyə, hətta insanlıq adına utandırmağa səbəb olur.

Qadın-uşaq demədən döyülən, əlləri qandallanan, qiymətli əşyaları, qayıqlarının mühərrikləri götürülən, benzin şlanqları kəsilən, hətta əlləri bağlı dənizə atılan çoxlu mühacir komandanlığımızın təşkil etdiyi uğurlu axtarış-xilasetmə əməliyyatları ilə həyata qaytarılır.

Türkiyə Sahil Mühafizəsi Komandanlığı Yunanıstan Sahil Mühafizəsi Xidməti tərəfindən geri itələmələrin başladığı 2020-ci ildən bəri 1295 cəhddə 33.964 qeyri-qanuni miqrantı xilas edib”.

Nizamsız keçidləri ardıcıl olaraq azaltmaq üçün 18 mart 2016-cı il tarixində Avropa İttifaqı ilə əldə edilən razılaşma ilə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirən Türkiyə kimi mübarizə aparmalıdır Yunanıstan da.

Biz insan haqlarına məhəl qoymayan Avropa İttifaqını və Yunanıstan hakimiyyətini ölüm və işgəncə ilə geri itələmələrə son qoymaq, daha çox qeyri-qanuni mühacirin həyatını xilas etmək almaq üçün beynəlxalq hüquq və insan haqlarına uyğun şəkildə hərəkət etməyə çağırırıq.”

Bütün xəbərlər Facebook səhifəmizdə