Nigeriyada 34 ölkədən 3,2 milyon köçkün var

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Nigeriya üzər nümayəndəsi Con Makkissik Ümumdünya Qaçqınlar Günü münasibətilə verdiyi məlumatda Nigeriyada köçkünlərin sayının gündən-günə artdığına diqqət çəkərək bildirib...
Nigeriyada 34 ölkədən 3,2 milyon köçkün var

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə,Nigeriyada 3,2 milyon köçkün yaşayır.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Nigeriya üzər nümayəndəsi Con Makkissik Ümumdünya Qaçqınlar Günü münasibətilə verdiyi məlumatda Nigeriyada köçkünlərin sayının gündən-günə artdığına diqqət çəkərək bildirib: “Nigeriya 82 mini qaçqın olmaqla 3,2 milyon köçkünə ev sahibliyi edir. Burada 34 ölkədən gələn qaçqının 94 faizi kamerunludur. Onlar 25 müxtəlif ştatda yaxşı qəbul edilir, öz icmalarında məktəblərə, ilkin tibbi xidmətə, peşə və digər yaşayış məkanlarına gedə bilirlər.

Dünyada 100 milyondan çox məcburi köçkün var. Kimliyindən və haradan gəldiyindən asılı olmayaraq, bütün qaçqınların təhlükəsiz yaşamasına icazə verilməli, şərait yaradılmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə