Kudrin rusları bədbin olmamağa çağırıb...

Kudrin rusları bədbin olmamağa çağırıb...

Rusiya Federasiyasının Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə Şurasının üzvü, iqtisadçı Aleksey Kudrin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya iqtisadiyyatının gələcəkdə necə olacağı barədə danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə TASS-a müsahibəsində danışıb.

Kudrin Rusiya iqtisadiyyatının gələcəyini açıqlayıb və onun bazar iqtisadiyyatı olaraq qalacağını bildirib.

O, bu məsələ ilə bağlı əvvəlki fikrinə sadiq qaldığını gizlətməyib. “Mən əvvəlki mövqelərimdə qalıram. İndi isə indiki vəziyyət Rusiya iqtisadiyyatının əsas, fundamental prinsiplərini dəyişməyib. Biz bazar iqtisadiyyatı olaraq qalırıq, bizdə hələ də özəl sektor var”, - deyə o bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə