Ermənistanda silahlı insident

Ermənistanın Araqasotn rayonunda atışma olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan biri orada ölüb.

Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Polis insidentin məişət zəminində baş verdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə