Almaniya kansleri Olaf Şolz deyib ki, Avropa İttifaqı (Aİ) özünü genişlənməyə hazırlamalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, Aİ-nin Rusiya-Ukrayna müharibəsi başlayandan (24 fevral) Ukraynanı birlikdə və qətiyyətlə dəstəklədiyini bəyan edən O.Şolz ittifaqdan bu birlik ruhunda hərəkətə davam etməyi istəyib.
Ukraynanın Aİ-yə namizədlik statusunun verilməsi ilə bağlı suala Almaniya kansleri belə cavab verib: “Avropa İttifaqına gedən yol asan deyil və hər bir namizəd bir sıra şərtləri yerinə yetirməlidir.
Aİ-nin namizədlərə irəliləyişlə bağlı konkret məsələlər təqdim edilməsi vacibdir. Əks halda, namizədlik statusu heç nəyə gətirib çıxarmayacaq.
Biz Qərbi Balkan ölkələrinə ciddi olduğumuzu göstərməliyik. Albaniya və Şimali Makedoniya Aİ-yə üzvlüklə bağlı konkret danışıqlara başlamaq üçün bütün şərtləri yerinə yetirir. İndi bu danışıqlara başlamaq lazımdır.
Avropa İttifaqı özünü yeniləməlidir, genişlənməyə hazır olmalıdır. Bunun üçün strukturlarını və qərarvermə proseslərini modernləşdirməlidir.
Dünyada baş verən ərzaq böhranı ilə bağlı qlobal həmrəylik zəruridir.
Birləşmiş Millətlər Təşkilatı baş katibinin Ukrayna taxılına ixrac dəhlizlərinin açılması istiqamətindəki səyləri dəstəkləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB