“Yeni Xalq Ekoloji və Sosial İttifaqı”nın solçu koalisiyasının rəhbəri Jan-Lük Melenşonun iddiasına görə, Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri prezident Emmanuel Makronun siyasətinin iflasa uğradığını göstərir.
Onun sözlərinə görə, bu gün Makron və onun tərəfdarları Fransanı çıxılmaz vəziyyətə gətiriblər,
SİA bu barədə rus saytlarına istinad edir.
“...Əvvəla, bu, hər kəsə sonsuz dərs verən, özünü ifrat sağa maneə adlandıran insanların məğlubiyyətidir”, - Melençon bildirib.
O, seçkilərin ikinci turunun nəticələrinə görə Fransanın siyasi qüvvələrinin heç birinin parlamentdə lazımi səs çoxluğunu əldə etmədiyinə diqqət çəkib.
Melenşona görə, Makronun koalisiyası "Birgə!" seçkilərdə lider olsa da, amma parlamentdə yerlərin mütləq əksəriyyətini ala bilməyəcək. Xatırladaq ki, Nupes ikinci, Marine Le Penin “Milli birlik” fraksiyası isə üçüncü nəticəni göstərirlər.
Qeyd edək ki, parlament seçkilərinin ikinci turunda səslərin ilkin hesablanmasına istinadən Makronun koalisiyası parlamentin aşağı palatasında 205-dən 235-ə qədər yer alacağı bildirilib. Jan-Lük Melenşonun bloku 170-dən 190-a, Marin Le Penin koalisiyası isə 75-dən 95-ə qədər mandat əldə edəcək.
Onu da qeyd edək ki, Fransa artıq 577 deputat seçib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB