Belçikada hәftәdә 3 gün istirahәt olacaq

Belçikada hәftәdә 3 gün istirahәt olacaq

Belçikada koalisiya hökumətini təşkil edən partiyalar gündəlik iş saatlarının artırılması, həftədə 4 gün işləmək, iş saatları xaricində mesaj və elekton poçtları yoxlamamaq hüququ kimi mövzularda razılığa gəliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu gün Belçikada hökumətin razılaşdığı “əmək islahatı” işçilərin hüquqları ilə bağlı müxtəlif mövzularda yeniliklərə qərar verib.

Qeyd edәk ki, daha əvvəl qəbul edilmiş və işçilərin iş vaxtını gündə 10 saata çatdıraraq həftədə 4 gün işləməyə imkan verən təkliflə bağlı yekun razılıq əldə edilib.

Razılığa gəlinən digər məsələ isə işçilərin iş saatları xaricində iş yerindən onlara göndərilən elektron poçt və internet mesajları kimi bildirişlərə cavab verməmək hüququ olub.

Hökumətin əmək islahatları paketində 2030-cu ilə qədər məşğulluğun 80 faizə çatdırılmasına yönəlmiş bəzi qaydalar da var.

Bu çərçivədə internet satış tətbiqləri üçün işçilərin hüquqlarının artırılması, işçilərin əlavə təhsil hüququ, elektron ticarət işçilərinin gecə işləməsi kimi çevik iş hüquqları da islahatlar paketinə daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə