Aİ Ukraynaya namizədlik verəcək

Aİ Ukraynaya namizədlik verəcək

Avropa İttifaqı Komissiyası müharibə aparan Ukraynaya dörd ay ərzində namizədlik statusunun verilməsini təklif edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Aİ Komissiyasının sədri Ursula Von Der Leyen “Ukrayna Aİ perspektivinə layiqdir” deyib.
Avropa İttifaqı Komissiyası ötən aylarda üzvlük üçün Brüsselə rəsmi müraciət etmiş Ukrayna, Moldova və Gürcüstanla bağlı təkliflərini açıqlayıb. Aİ Komissiyasının sədri Ursula Von Der Leyen tərəfindən açıqlanan qərara əsasən, Ukrayna və Moldovaya namizəd statusunun verilməsi, Gürcüstanın Avropa perspektivini təqdim edərək namizədlik mərhələsinə keçmək üçün bəzi addımlar atması tövsiyə edilir. Aİ Komissiyasının təklifi ilə bağlı yekun sözü iyunun 23-24-də Brüsseldə görüşəcək üzv ölkələrin liderləri verəcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə