Rusiya Danimarka sərhəddini 2 dəfə pozub

Rusiya Danimarka sərhəddini 2 dəfə pozub

Danimarka Silahlı Qüvvələri ötən gecə Rusiya hərbi gəmisinin iki dəfə onun ərazi sularını pozduğunu açıqlayıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyaya məxsus hərbi gəmi ötən gecə Baltik dənizindəki Kristiansoe adası yaxınlığında Danirmarkanın ərazi sularını iki dəfə pozub.

Danimarkanın xarici işlər naziri Jeppe Kofod deyib: “Bu cür vəziyyət qətiyyən qəbuledilməzdir. Zorbalıq üsulları Danimarkaya qarşı işləmir. Rusiya səfiri təcili olaraq Xarici İşlər Nazirliyinə çağırılıb”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə