ABŞ-da körpə ikən övladlığa götürülən Diane Vard özü kimi övladlıq olan ərinin ailəsini axtararkən öz ailəsi ilə də maraqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir bacısı olduğunu öyrənən Diane 55 ildən sonra onunla görüşür.
Bu hadisə ABŞ-ın Miçiqan ştatında baş verib. Pandemiya səbəbindən ilk görüşlərini videogörüntü vasitəsilə ediblər. Məhdudiyyətlərin aradan qaldırılması ilə Vard İngiltərədən 8000 kilometr aralıda yerləşən Şimali Karolina ştatına uçub. Fiziki cəhətdən çox oxşar olan bacılar vərdişlərinin oxşar olduğunu hər keçən gün kəşf etdiklərini söyləyiblər.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB